Rus Milli Qəhrəmanının cəsədi İŞİD-dən geri alındı

Suriya kürdləri Palmira şəhəri ətrafında gedən döyüşlərdə həlak olan baş leytenant Aleksandr Proxorenkonunu cəsədini Rusiya nümayəndələrinə təhvil veriblər. Modern.az bildirir ki, kürd dəstələrinin rəsmisi Kidur Xalil cəsədin İŞİD-lə aparılan danışıqlardan sonra geri alındığını deyib. "Rusiya hökumətinin xahişi ilə Palmira ətrafında ölən rus zabitinin cəsədini İŞİD-lə aparılan danışıqlardan sonra geri ala bildik". 25 yaşlı Aleksandr Proxorenko martın 24-də Suriya ordusu ilə İŞİD arasında Palmira şəhəri uğrunda gedən döyüş zamanı həlak olmuşdu. Ölümündən sonra ona Rusiya Milli Qəhrəmanı adı verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00