Türkiyədə terror törətməkdə şübhəli bilinən 12 nəfər saxlanıldı
28 Aprel 2016 12:03 DünyaTürkiyənin Bursa şəhərində Ulucami məscidinin yaxınlığında terror aktı törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb. Report bildirir ki, şübhəlilərin bəziləri ölkənin başqa əyalətlərində tutulub və Bursaya aparılıblar.
Qeyd edək ki, aprelin 27-də Bursa şəhərində Ulucami məscidinin yaxınlığında törədilən terror aktı nəticəsində 13 nəfər yaralanıb. Terror törədən qadın özünü partladaraq, öldürüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00