Rusiya Türkiyədəki kapitalını satışa çıxarıb
28 Aprel 2016 06:08 Dünya"Rosatom" Türkiyədə tikdiyi "Akkuyu" atom elektrik stansiyasının aksiyalarının 49%-ni satışa çıxarıb.
Avropa.info xəbər verir ki, rus şirkəti bunu Rusiyadakı iqtisadi vəziyyətin pisləşməsi, layihədə yaranan maliyyə problemləri ilə əlaqələndirib. Bildirilir ki, Rusiya şirkətinin aksiyaları ilə artıq Türkiyənin enerji təhlükəsizliyi ilə məşğul olan "Cengiz İnşaat" maraqlanır.
"Akkuyu uclear" şirkətinin səhmlərinin 75%-i "Rusatom Oversiz" şirkətinə məxsusdur. Daha 22% "Rosenerqoatom"un əlindədir. Səhmlərin qalan hissəsi nüvə sahəsində işləyən digər şirkətlərə məxsusdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00