İranda qırıcı təyyarə qəzaya uğrayıb

İranda qırıcı təyyarə qəzaya uğrayıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə "Fars" agentliyi məlumat yayıb. İsfahan əyalətində F-7 qırıcı təyyarəsinin ekipajı təlim uçuşu həyata keçirən zaman qəza baş verib. pilot və onun köməkçisi katapult ediblər. Agentliyin məlumatına görə, qəzaya ilkin səbəb kimi texniki nasazlıq göstərilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00