Beş min illik tapıntı hamını təəccübləndirdi VIDEO

Ana övladını bağrına basaraq...

Tayvanlı arxeoloqlar maraqlı kəşfə imza atıb. Bu ölkədə davam edən arxeoloji qazıntılarda 4800 il əvvələ aid insan qalıqları aşkarlanıb.  Bu tapıntını önəmli edən sadəcə qədim tarixə malik olması yox, həm də özündə gizlətdiyi sirli hekayədir. Daşlaşan insan qalıqları bir ananın övladını bağrına basaraq dünyasını dəyişdiyini əks etdirir. Neolit dövrünə aid olan qalıqlar, Tayvanda qədim insanların mövcud olduğu  ən erkən dövrlərə aid nadir eksponatlardandır. Kifayət qədər salamat görünən qalıqlar alimlərdə həmin dövrün insanların yaşayış tərzi, sağlamlığı barədə müəyyən təsəvvür yaratmağa qadirdir. Alimləri sevindirən başqa bir nüans ana və övladı ilə yanaşı, digər qalıqların da aşkarlanmasıdır. Heç şübhəsiz insanların ən çox diqqətini çəkən 4800 il əvvəl bir ananın övladını  bağrına basaraq həlak olmasıdır. Bu hadisənin səbəbləri çətin ki, təfərrüatları ilə dəqiqləşsin. Bəlkə də ana və övladı  minillər öncə hansısa təbii fəlakətin qurbanına çevrilib. Aşkarlanan nümunələr üzərində araşdırmalar davam edir. Tarixçilər yaxın həftələrdə bu qalıqlarla bağlı daha geniş məlumatlara sahib olacaqlarını düşünür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00