Sarkisyan indi də hökuməti istefaya göndərir

Serj Sarkisyan yaxın günlərdə Ermənistan hökumətini istefaya göndərə bilər. Axar.az bildirir ki, bu barədə informasiyanı Ermənistanın "Joxovurd" qəzeti yayıb. Qəzet S.Sarkisyanın baş nazir Ovik Abramyanın yerinə Prezident Aparatının rəhbəri Vigen Sərkisyanı gətirmək istədiyini bildirib: "Dördgünlük müharibəyə qədər hökumətin tərkibinin payız ayına qədər dəyişdirilməsi gözlənilirdi. Lakin ölkədə yaranmış yeni situasiya bu prosesləri tezləşdirib".

Qeyd edək ki, S.Sarkisyan dünən üç generalı vəzifəsindən azad edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00