Mesajınızı oxumayıbsa, onu silə biləcəksiniz
27 Aprel 2016 18:29 DünyaGöndərdiyiniz mesajı qarşı tərəfdəki şəxs oxumadan silə biləcəksiniz. "Privates" adlanan yeni proqram artıq səhvən, yaxud da sonradan utanacağınız bir mesajı qarşıdakı şəxs oxumadan silməyinizə kömək edir. Yeni proqram göndərdiyiniz, amma oxunmasını istəmədiyiniz mesajları 3, 12, 24 saat müddətində silə biləcək. Hələ ki, sadəcə "iOS" sistemi ilə çalışan telefonlarda tədbiq olunan proqram yaxın zamanlarda "Android" və "Windows" sistemi ilə çalışan telefonlarda da istifadəyə veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00