11 nəfəri güllələyən əsgər axtarışa verildi
27 Aprel 2016 17:05 DünyaAfrikanın Kabo-Verde dövlətində kütləvi qətliam törədilib. Modern.az bildirir ki, əsgərlərdən biri əlindəki silahla 11 nəfəri öldürərək qaçıb. Onun 8 əsgər yoldaşını və 3 mülki şəxsi qətlə yetirdiyi deyilir. Kabo-Verde prezidenti Xorxe Karlos Fonseka şübhəli şəxsin axtarışının sürətlə davam etdirildiyini bildirib. Ölənlər arasında 2 ispaniyalının olduğu bildirilir. Hazırda paytaxt Prtaya şəhərində komendant rejimi tətbiq olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00