Moskvada terror həyəcanı: 9 vağzal yoxlanılır
27 Aprel 2016 17:01 DünyaMoskvanın 9 dəmir yolu vağzalı anonim zəngdən sonra bomba təhlükəsinə görə yoxlanılır. Axar.az bildirir ki, bu barədə "Ria Novosti" agentliyinə təcili yardım xidmətindəki mənbə məlumat verib. "Kursk, Yaroslavsk, Leninqrad, Kazan, Paveleç, Belarus, Kiyev, Savelovsk və Rijsk vağzallarında yoxlamalar aparılır", - mənbə bildirib.
Qeyd edək ki, sözügedən vağzallardan yalnız Kursk vağzalı boşaldılıb. Digər vağzallarda qatarların normal qrafiklə işlədiyi açıqlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00