Keçmiş baş nazir ölkədən qaçdı
27 Aprel 2016 16:05 DünyaUkraynanın keçmiş baş naziri Arseni Yatsenyuk Argentinaya qaçıb. Modern.az bildirir ki, aprelin 14-də baş nazir postundan istefaya göndərilən siyasətçi həmin vaxtdan bəri heç yerdə gözə dəyməyib. Onun nə Kiyevdəki mənzilində, nə də ki, Novıe Petrovtsı kəndindəki ata evində olmadığı aydın olub. Qəzetin Ukrayna elitasındakı mənbəsi isə Arseni Yatsenyukun Argentinaya qaçdığını bildirib. "Arseni Yatsenyuk Argentinaya gedib. Bu iş səfəridir, istirahətdir, yaxud qaçış - bilmirəm. Nə vaxt qayıdacağı da məlum deyil". Siyasətçinin mətbuat xidməti də Yatsenyukun harada olması ilə bağlı məlumat verməkdən imtina edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00