Dünyada 400 milyon ədəd həssas “Android” cihazı var
27 Aprel 2016 19:20 DünyaABŞ-ın "Google" şirkəti "Android" cihazların təhlükəsizlik sisteminin analizini aparıb. İKT.lent.az-ın "vladtime.ru" saytına istinadən məlumatına görə, məlum olub ki, dünyada mövcud olan 1,4 milyard ədəd cihazın 400 milyon ədəddən çoxu həssasdır. "Android Security" şirkətinin baş mühəndisi Adriana Lyudviq bildirib ki, "Android" əməliyyat sistemində olan cihazlar hər gün sınaqdan keçirilir. Statistikaya görə, mühəndislər gündəlik olaraq 400 milyon ədəd "Andoid" cihazı və "Google Play Market"dən olan 6 milyondan artıq əlavəni hər gün sınaqdan keçirilir. Bununla belə, bütün problemləri yoxlama və sınaqlarla həll etmək mümkün deyil və çoxlu sayda həssas cihaz buna sübutdur. "Android Security" nümayəndəsi bildirib ki, "Google"un təhlükəsizlik sistemində mövcud boşluqlar tez bir zamanda aradan qaldırılacaq. Bir qədər əvvəl isə "Google Chrome Mobile" 1 milyard istifadəçi yığa bilib. Artıq bu əlavə haqlı olaraq "Mauntin-Vyu"dan olan şirkətin ən populyar əlavələri sırasına daxil olub. Burada söhbət "Gmail", "Google Play Market", "Google Search", "Google Maps" və digər proqramından gedir.