"Ukraynanın suverenliyi təhlükə altındadır"
27 Aprel 2016 15:52 DünyaUkrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, ölkəsinin suverenliyinə təhlükə qalmaqdadır və düşmən Minsk razılaşmasını pozmağa çalışır. "Düşmənin növbəti dəfə Minsk razılaşmasını pozmaq cəhdi sübut edir ki, Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə böyük təhlükə var", - Poroşenko belə deyib.
Modern.az bildirir ki, prezidentin fikrincə, Rusiya hər addımda Ukraynanın daxilində sabitliyi pozmağa və yeni münaqişə bölgəsi yararmağa cəhd edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00