Böyük Britaniya 3 min qaçqın uşağı rədd etdi
27 Aprel 2016 15:24 Dünyaİngiltərə parlamenti Avropadakı düşərgələrdə yerləşən 3 min mühacir uşağın qəbul edilməsi ilə bağlı qanuna düzəlişi qəbul etməyib. Faktxəbər.com bildirir ki, İngiltərə daxili işlər nazirinin köməkçisi Ceyms Brokenşayr deyib ki, bu qanun ailələri uşaqlarını insan qaçaqmalçılarına təslim etməyə təşviq edə bilər. Çətin vəziyyətdə dənizi keçməyə çalışacaq bu uşaqların həyatiı təhlükəsi var. Hökumət nəticəsi yaxşı olmayan bir qərarı dəstəkləyə bilməz.
Qeyd edək ki, İngiltərə 2014-cü ildən bəri həyata keçirdiyi proqram çərçivəsində ölkəyə 1337 suriyalı qaçqın qəbul edib. Paytaxt Londona isə yalnız 43 mühacirin qəbul edildiyi bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00