Rusiya vətəndaşlarının 82 faizi prezident Putinin fəaliyyətini dəstəkləyir
27 Aprel 2016 13:41 DünyaRusiyada keçirilən rəy sorğusuna əsasən vətəndaşların 82%-i prezident Vladimir Putinin fəaliyyətini bəyənir. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu göstərici ilin əvvəlindən dəyişməz olaraq qalır. Rəy sorğusuna əsasən, Rusiya baş naziri Dmitri Medvedyevin fəaliyyətini vətəndaşların 54%-i bəyənir. Ümumilikdə vətəndaşların 54%-i hökumətin, 41%-i isə Dövlət Dumasının fəaliyyətini müsbət qiymətləndirib. Sorğuda iştirak edənlər etimad göstərdikləri siyasətçilərin adlarını da açıqlayıblar. Siyahıda birinci yerdə 56%-lə Rusiya prezidenti Vladimir Putin, 2-ci yerdə 26%-lə müdafiə naziri Sergey Şoyqu, 3-cü yerdə isə 22%-lə xarici işlər naziri Sergey Lavrov qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00