Ermənilərdən türk mallarına BOYKOT çağırışı

"Hansısa yolla bizim bazarlara Türkiyə istehsalı olan mallar gətirilir. Biz bu məhsulları boykot etməliyik" . Bizimyol.info bildirir ki, bu fikirləri Ermənistan Parlamentinin üzvü, "Orinaç Erkir" fraksiyasından olan deputat Levon Doloxyan deyib. O həmçinin bildirib ki, Ermənistanda satışa çıxarılan Türkiyə istehsalı olan məhsulların geni dəyişdirilmiş ərzaq olduğu istisna deyil. Ermənistan mətbuatının yazdığına görə, millət vəkili bu olayın rəsmi  araşdırılması tələbi ilə çıxış edib.  "Heç kəs əminliklə söyləyə bilməz ki, aldığımız ərzaq məhsulları həm də kimyəvi zəhərlənmə üçün nəzərdə tutulmuş gizli silahdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00