Rusiyadakı ermənilər Qarabağdakı separatçılara 16 avtomobil verdilər

Rusiyanın Krasnodar diyarının Soçi, Adler, Xostin və Lazarev rayonlarındakı erməni icması Azərbaycanın işğal altındakı torpaqlarında yerləşən ermənilərə 16 minik maşını və "UAZ" markalı avtomobillər veriblər. Report bildirir ki, bu haqda Soçidəki erməni icmasının təmsilçisi Samvel Zakaryan deyib. Onun sözlərinə görə, "UAZ"lara təcili yardım avadanlığı quraşdırılıb. İcma təmsilçisi ardıcıl olaraq, bu istiqamətdə yardımı davam edəcəklərini bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00