Şoyqu: “Əsədin hakimiyyətdən getməsi ilə Suriyada qan tökülməsi dayanmayacaq”
27 Aprel 2016 12:09 Dünya"Bəşər Əsədin hakimiyyətdən getməsi ilə Suriyada qan tökülməsi dayanmayacaq. Qərbdəki həmkarlarımızdan tez-tez Bəşər Əsəd getdikdən sonra Suriyada axan qanın dayanacağını və bundan sonra ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Rusiyanı dəstəkləyəcəyini eşidirik. Lakin bu niyyətə inanmaq çox çətindir". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu V Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışında bildirib. O bildirib ki, bu durumda sual yaranır: "İraqda və Liviyada Səddam Hüseyn və Müəmmər Qəddafi devrildikdən sonra sülhü və əmin-amanlığı bərpa etməyə kim mane olub?"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00