ABŞ-dan Krım Tatar Məclisinin qadağan edilməsinə sərt reaksiya

ABŞ hökuməti Rusiyaya qarşı tətbiq edilən sanksiyaların qüvvədə qalacağını elan edib.ölkə.az bildirir ki, Rusiya Ədliyyə Nazirliyinin qərarı ilə Krım Tatar Məclisinin Krımda və eləcə də Rusiyanın ərazisində fəaliyyətinin qadağan edilməsi Vaşinqtonda böyük narahatlıq yaradıb.Bu barədə ABŞ Dövlət departamentinin rəsmisi Mark Toner verdiyi gündəlik brifinqdə bildirib."Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyimizi bir daha bəyan edirik. Krım Tatar Məclisinin qadağan olunması isə bizdə böyük narahatlıq doğurur. Bütün bunlar ondan xəbər verir ki, Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalar qüvvədə qalacaq", - deyə Mark Toner vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00