Rusiyada Krım tatarlarının məclisi qadağan edildi
26 Aprel 2016 21:28 DünyaKrımın Ali Məhkəməsi "Krım-tatar xalqının məclisi" İctimai Birliyini ekstremist qrup elan edərək onun Rusiyada fəaliyyətini qadağan edib.Bu barədə RİA Novosti-nin müxbiri məhkəmə zalından bildirib.Qərardan bir ay müddətində şikayət etmək olar.Məclisin qadağan edilməsinə dair iddia Krım prokurorluğuna Natalya Poklonskaya tərəfindən verilib.O bəyan edib ki, təşkilat sırf Rusiya əleyhinə fəaliyyətə köklənib, onun rəhbərləri Refat Çubarov və Mustafa Cəmilev "böyük Qərb kuklaoynadanlarının oyuncağıdır, Krım-tatar xalqını isə xırda pul kimi istifadə edirlər".Prokurorluğun məlumatına görə, Məclisin liderləri türk "Boz qurd" və "Hizb ut-Tahrir əl-İslami" kimi terror təşkilatlarının muzdluları ilə əməkdaşlıq edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00