Braziliyanın Hortolandia bölgəsində asma dəmir yolu körpüsündən 149 nəfər eyni anda tullanıb. Xezerxeber.com bildirir ki, dünya rekordunu qırmaq üçün 98 metr hündürlükdən kəndirlə tullanan 149 nəfərin görüntüləri internetdə böyük maraqla izlənilir.
Qeyd edək ki, onlar bu atlayışlarından sonra "Ginnes Rekordlar kitabı"na adlarını yazdırmağı bacarıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00