“Eşq təsadüfləri sevər-2”də bu ulduzlar rol alacaq
26 Aprel 2016 19:59 DünyaÖmər Faruk Sorakın ssenarisini yazıb, rejissorluğunu edəcəyi "Eşq təsadüfləri sevər-2" filmi üçün hazırlıqlar başlayıb. Publika.az xəbər verir ki, filmin baş rollarında son günlərin ən populyar ulduzları - aktrisa Farah Zeynəb Abdullah və aktyor Kərəm Bürsin rol alacaq. Faruk Sorakın bu iki ulduzu seçməsinə sosial şəbəkələrdən ona gələn təkliflər səbəb olub. Rejissorun sözlərinə görə, 3 aydır ki, Kərəmlə Farahın fanatları ona mütəmadi olaraq mesaj yazıb, baş rolda bu iki ulduzu görmək istədiklərini deyirlər. Farahla Kərəm daha öncə "Unutsam, pıçılda" adlı filmdə tərəf müqabili olublar. Ölkəmizdə də maraqla qarşılanan "Eşq təsadüfləri sevər" filminin birinci seriyasında aktrisa Belçim Bilgin ilə aktyor Mehmet Günsür rol almışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00