Smartfonlar gözdə çəplik yaradır - Bunlara diqqət!
26 Aprel 2016 19:44 DünyaSmartfonların faydası danılmazdır, ancaq hər şeyin artığı zərərlidir. Bu ağıllı cihazlar həm fiziki, həm də psixoloji problemlər yarada bilər. Bunlardan biri də çəplikdir. Şimali Koreyadakı Chonnam Milli Universitet Xəstəxanasının yayımladığı araşdırma nəticəsinə görə, uşaqların həddindən artıq smartfon istifadəsi çəplik yaradır. 7-16 yaş arasındakı uşaqlarda aparılan araşdırmada günlük 4-8 saat istifadə zamanı bu problemin yarandığı görülüb.
Qeyd edək ki, smartfonlardan çox istifadə etmək uşaqları real həyatdan uzaqlaşdırır və tənhalığa alışdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00