Mogerini Türkiyəyə birbaşa "yox" dedi

"Türkiyə yaxın zamanda Avropa İttifaqına daxil olmayacaq. Bu haqda danışıqlar yalnız ölkənin daha da modernləşdirilməsinə xidmət edə bilər", - Avropa Komissiyasının vitse-prezidenti və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Türkiyənin nə zaman AB-ya üzv olacağı barədə  jurnalistlərin sualını cavablandırarkən bildirib.Faktxeber.com bildirir ki, onun sözlərinə görə, Avropa hələ bu qərarı qəbul etməkdən uzaqdır. Mogerini hesab edir ki, bu barədə danışıqların aparılması Türkiyədə son zamanlar məhdulaşdırılmış media azadlığına  yenidən kömək edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00