Gürcüstan 40 ildən sonra Türkiyə ərazisini geri qaytardı
26 Aprel 2016 15:00 DünyaTürkiyə ilə Gürcüstan (keçmiş SSRİ) sərhəddini müəyyən edən Çaksu çayi 40 il bundan əvvəl sel nəticəsində axarını dəyişib. Axarın dəyişməsi nəticəsində 15 hektar ərazi SSRİ tərəfdə qalıb. "Olaylar"ın Türkiyə bürosu xəbər verir ki, aparılan təftiş nəticəsində hər iki tərəf-Türkiyə və Gürcüstan heyyətləri bu ərazinin Türkiyəyə verilməsini qərarlaşdırıblar. Aprelin 26-da Türkgözü Gömrük Keçid Məntəqəsində Türkiyə və Gürcüstan rəsmi heyytləri birgə bəyanət imzalayıblar. Beləliklə 40 il sonra ədalət öz yerini tapıb və çay yatağının sel nəticəsində yeri dəyişən ərazi Türkiyə tərəfə verilib. Olaya ən çox torpaq sahibi olan Suleyman Çelik sevinib. O 40 il əvvəl itirdiyi mülkünə qovuşa bilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00