Məşhur sənətçi xəstəxanaya yerləşdirilib

Vəziyyəti qəflətən pisləşən tanınmış müğənni təcili xəstəxanaya aparılıb. Gün.Az "Posta" qəzetinə istinadən xəbər verir ki, altı ay əvvəl şiddətli bel ağrısı səbəbindən əməliyyat olunduqdan sonra əlil arabasına məhkum olan Zərrin Özər dünən huşunu itirərək yıxılıb. Sənətçi evində geçirdiyi qəzadan dərhal sonra xəstəxanaya aparılıb. Bundan əvvəl üç dəfə bel yırtığından əməliyyat olunan, dördüncü dəfə əməliyyat edilməsi isə riskli sayılan  Z.Özərin necə müalicə ediləcəyi hələ dəqiqləşməyib. Bu arada qəza səbəbindən "TRT Müzik" telekanalında "Zerrin oxuyur" verilişinin dünənə planlaşdırılan çəkilişi də təxirə düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00