Məşhur müğənninin 3-cü övladı doğuldu
26 Aprel 2016 19:17 DünyaRusiyalı müğənni Jasminin üçüncü övladı olub. Publika.az xəbər verir ki, dünən məşhur müğənninin oğlu dünyaya gəlib. Şad xəbəri Jasmin özü sosial şəbəkədə paylaşıb: "Axır ki, 9 ay gözlənilən an gəldi. Bu gün dünyaya Miron adlı sehrli uşaq gəldi. Bu balaca körpəni qucağıma almaq elə böyük xoşbəxtlikdir ki... Gələcəkdə bizi çoxlu maraqlı hadisələr gözləyir. Bu aylar ərzində mənə dəstək olan hər kəsə dərin minnətdarlığımı bildirirəm!"
Jasmin və ikinci həyat yoldaşı İlan Şorun 2012-ci ildə Marqarita adlı qızları doğulub. Müğənninin ilk evlilikdən isə 18 yaşlı Mixail adlı oğlu var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00