Ermənistan müdafiə nazirinin müavini, kəşfiyyat və rabitə xidmətlərinin rəisləri işdən çıxarılıb

Ermənistan prezidenti Serj Sarkisyan ordu rəhbərliyində bir sıra kadr dəyişiklikləri həyata keçirib. APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, S. Sarkisyanın fərmanı ilə müdafiə nazirinin müavini, nazirliyin maddi-texniki təminat departamentinin rəisi Alik Mirzabekyan vəzifədən azad edilib. S. Sarkisyanın digər fərmanı ilə rabitə qoşunlarının rəisi, Müdafiə Nazirliyinin rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi, general-mayor Komitas Miradyan vəzifədən çıxarılıb. Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi, general-mayor Arşak Karapetyan da işdən uzaqlaşdırılıb.   Adı çəkilənlərin yerinə yeni təyinatlar barədə hələlik məlumat yoxdur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00