Türkiyə İŞİD-dən QİSAS aldı - "Katyuşa"larını məhv etdi

Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatlar (PUA) Kilis vilayətindən 21 kilometr məsafədə Rakka şəhərində yerləşən İŞİD-ə məxsus raket kompleksi təsbit edib. Axar.az xəbər verir ki, Türkiyəyə doğru tuşlanan "Katyuşa" ("Qrad") raket kompleksi hava hücumu nəticəsində məhv edilib. Hücum zamanı 8 terrorçu öldürülüb. Xatırladaq ki, bu vurulan "Katyuşa" raket kompleksi 22 aprel günü Kilisi atəşə tutan kompleksdir. Türkiyə bu kompleksi məhv etməklə o gün həyatını itirən 14 yaşlı Mahmud Əmrə Arslan və 4 uşaq anasının, eləcə də yaralanan suriyalı uşaqların qisasını alıb. Yanvarın 9-dan bu günə qədər İŞİD hücumlarına qarşı aparılan cavab tədbirləri nəticəsində 492 terrorçu zərərsizləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00