İranın ŞOK Kərkük planı - DETALLAR

İran İnqilabının Mühafizəsi Korpusu İraqın Mosul şəhərini İŞİD terrorçularından azad etmək üçün bölgəyə "HƏMAS" təşkilatının hərbiləşdirilmiş dəstələrini, Yəməndəki Husiləri və Livandakı "Hizbullah" qruplaşmasının döyüşçülərini göndərəcək. Modern.az bildirir ki, 2014-cü ilin iyunundan bəri şiələr üçün bir çox müqəddəs abidələrin yerləşdiyi Mosulu nəzarətdə saxlayan İŞİD-çilər bu hücumları dəf etmək üçün ciddi hazırlıq keçirlər. "Əş Şark əl-Ausat" qəzetinin məlumatına görə, rəsmi Tehran bir çox neft mədənlərinin yerləşdiyi Kərkük şəhərinə də müdaxilə etməyə hazırlaşır. Şəhəri əlində saxlayan kürdlərin qüdrətinə zərbə vurmaq üçün planlaşdırılan əməliyyatda əsasən "HƏMAS" döyüşçülərindən istifadə olunacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00