
Bununla yanaşı, erməni qadın snayperlərin yerdə qalan qismində Rusiya istehsalı olan OSV-96, V-94, SVD və SV-98 snayper tüfəngləri də var.
Erməni qadın snayperlərin xidmət etdikləri hərbi hissələrə gəldikdə isə, onlar Ermənistanın Karçaxpyur şəhərindəki 555-ci motoatıcı alayın, Nubaraşendəki 545-ci motoatıcı alay və İcevandakı 246-cı motoatıcı alayın hərbi qulluqçularıdır.
Qarabağa bu yaxınlarda Ermənistanın Sisyan şəhərindəki 2-ci motoatıcı briqadadan da bir neçə qadın snayperin göndəriləcəyi iddia olunur.

Ekspertlərin fikrincə, Dağlıq Qarabağ münaqişəsi zonasındakı cəbhə xəttində Azərbaycan ordusunun erməni təxribatlarına cavab atəşləri nəticəsində ağır zərbələr alan ermənilər "snayper savaşı"nı yenidən bərpa etmək, bu minvalla mövqelərinin "təhlükəsizliyi"ni təmin etmək istəyirlər.