Türkiyədə 12 terrorçu tutuldu
26 Aprel 2016 13:16 Dünyaİstanbulun Sancaktepe, Maltepe, Ümraniyyə və Kartal rayonlarında bir neçə ünvanda eyni vaxtda keçirilən antiterror əməliyyatları nəticəsində "Marksçı-Leninçi Kommunist Partiyası" adlı terrorçu təşkilatın 5-i qadın olmaqla, 12 üzvü şübhəli şəxs qismində saxlanılıb. "Report" bildirir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb. Antiterror əməliyyatını İstanbul Təhlükəsizlik İdarəsinin Terrorçuluğa qarşı mübarizə şöbəsi həyata keçirib. Şübhəlilər tibbi müayinədən keçirildikdən sonra İstanbul Təhlükəsizlik idarəsinə aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00