İŞİD-in "hərəm maaş"ları açıqlandı - FOTO
26 Aprel 2016 10:56 Dünya"İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularına hərəmlərinə qatdıqları kölələr və kənizlərə görə əlavə pullar ödənirmiş. İŞİD-in İraqdakı Rəmadi və Sincar şəhərlərindən döyüşlərlə vurulub çıxarılmasından sonra ələ keçən sənədlərdən belə məlum olur.Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, İŞİD rəhbərliyinin fətvalarına uyğun olaraq, terror təşkilatının sıralarındakı döyüşçülərə hər "əlavə" arvad, hərəm, kəniz və köləyə görə 50 dollar, hər uşağa görə 40 dollar ödəniş alırlar.Məsələn, sənədlərdən birində göstərilir ki, Əhməd əl Ciburi adlı terrorçunun aylıq maaşı cəmi 50 dollar olsa da, iki arvadının hər birinə görə ayda 50 dollar, 6 övladının hər birinə görəsə 35 dollar alıb.Kölə və kənizlərin hər biri üçünsə 50 dollar ödənib.İraq və Suriyada ağır zərbələr alan İŞİD-də əvvəllər yüksək olan maaşlar azaldılıb. Terror təşkilatının çox ciddi maliyyə çətinlikləri ilə üzləşdiyi deyilir.