İrəvanda avtobus partladı: 2 ölü, 7 yaralı -
26 Aprel 2016 08:49 Dünyaİrəvanın mərkəzində sərnişin avtobusunun partlaması nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb, 7 nəfər isə yaralanıb. Xəsarət alanlardan iki nəfərin vəziyyəti ağırdır.
APA xəbər verir ki, bu barədə Ermənistan FHN-nin məlumatında bildirilir. Məlumata görə, insident nəticəsində xəsarət alanların hamısı Ermənistan vətəndaşıdır.
X X X
İrəvanda sərnişin avtobusunda partlayış partladıcı qurğunun işə düşməsi səbəbindən baş verib. APA-nın "Novosti Armeniya"ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisinin rəisi Vladimir Qasparyan bildirib.
"Partlayış qəlpəli yox, dalğalı olub", - deyə o əlavə edib.
Onun sözlərinə görə, partladıcı qurğunun avtobusdakı oturacaqlardan birinin altına quraşdırıldığı ehtimal olunur.
X X X
İrəvanda avtobusda baş verən partlayış fuqaslı kimi qiymətləndirilir. APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bunu "Feysbuk" səhifəsində Ermənistan polisi rəisinin müşaviri Narek Malyan bildirib.
"Avtobus dizel yanacağı ilə işləyib, avtobus yanmayıb, "quru partlayış" baş verib, avtobus hərəkətdə olarkən partlayıb, sürücü sağdır, partlayış fuqaslı, qəlpəsiz olub", - deyə Malyan qeyd edib.
---------------
25.04.2016
23:02
Milli.Az "Çorrord Hişxanutyun"a istinadən bildirir ki, partlayış 63 saylı marşrutla hərəkət edən avtobusda, Alabyan küçəsindəki 11 saylı yaşayın binasının qarşısında baş verib. Yaralılar "Armenia" tibb mərkəzinə aparılıblar.