Rusiya tonlarla türk malını geri qaytardı
26 Aprel 2016 06:42 DünyaRusiya Kənd Təsərrüfatı Məhsullarına Nəzarət Agentliyi Türkiyədən gətirilən 14 ton kahını geri qaytarıb.
ANS PRESS-in məlumatına görə, məhsulların geri qaytarılmasına səbəb kimi agentlik kahıların sağlamlıq şərtlərinə uymamasını göstərib.
Bu barədə məlumat verən "Rosselhoznadzor"un nümayəndəsi "Gelencik" limanına Türkiyədən gətirilən 14-tondan artıq kahı məhsulunda kənd təsərrüfatı zərərvericisi olan Kaliforniya çiçək tripsellərinə (Frankliniella occidentalis) rast gəlindiyini bildirib.
Rusiyaya girişi qadağan edilən kahılar istehsalçı firmaya geri qaytarılıb. Bir müddət əvvəl Rusiya eyni səbəblə 15.9 ton badımcanın ölkəyə girişinə mane olub. Daha sonra Türkiyədən badımcan alınmasına qadağa qoyulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00