Qarabağdan İrəvana daha 36 yaralı erməni əsgər aparıldı
25 Aprel 2016 18:21 DünyaDağlıq Qarabağda yaralanmış erməni əsgərlərin Ermənistana aparılması prosesi davam edir. Modern.az bildirir ki, son bir neçə gündə Yerevanın hərbi hospitallarına daha 36 yaralı əsgər gətirilib. Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının və "Muratsan" hərbi hospitalından yayılan informasiyaya görə, yaralılardan 3 hərbi qulluqçunun vəziyyəti çox ağır, 2 əsgərin vəziyyəti isə ağır dəyərləndirilir. Digər hərbi qulluqçuların həyatına real təhlükənin olmadığı bildirilir. Xatırladaq ki, aprel ayının əvvəlində cəbhədəki "4 günlük müharibə" zamanı düşmən hər vəclə itkilərini və yaralıları xalqdan gizlətməyə can atdı. Lakin Qarabağda hospital və tibb məntəqələrində gizlədib saxladıqları hərbçilərin vəziyyəti getdikcə ağırlaşdığından, erməni tərəfi bu addımı atmaq məcburiyyətində qalıb.