Vladimir Yakunin: Azərbaycan, Rusiya və İranın dəmir yolu layihəsi xüsusi önəm kəsb edir
25 Aprel 2016 17:08 Dünya"Şimal-Cənub" dəmir yolu layihəsi hazırda xüsusi önəm qazanır. Bunu Bakıda Trend-ə Rusiya Dəmir Yollarının sabiq rəhbəri, Andrey Pervozvannıy Fondunun Himayədarlar Şurasının sədri Vladimir Yakunin deyb. O bildirib: "Rusiya Nəqliyyat Nazirliyində Azərbaycanla bu layihəyə başlayan zaman bu layihənin vacibliyini hətta tam başa düşmürdük. Perspektivdə beynəlxalq ticarətin, beynəlxalq əlaqələrin inkişafı, "Şimal-Cənub" layihəsinin inkişafının klasterlərinin yaradılması getdikcə daha böyük önəm kəsb edir". V.Yakunin hesab edir ki, bu layihənin özəyində yerləşən ölkələr, o cümlədən Azərbaycan bu layihəni inkişaf etdirməli və irəli aparmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00