250 minlik evlilik təklifi
25 Aprel 2016 15:58 DünyaModel və aktrisa İrmak Atuk iş adamı Nuri Ensari ilə evlilik yolunda ilk addımını atıb. "Hürriyet"in xəbərinə görə, 2010-ci ildən etibarən sevgili olan cütlük üçüncü dəfə küsüb barışdıqdan sonra nikah masasına oturmağa hazırlaşır. Ad günündə sevgilisinin sürpriz evlilik təklifinə "hə" deyən model bu anları sosial şəbəkədə paylaşaraq "Həyatımın ən gözəl, ən özəl günü" yazıb. Nuri nişanlısına 3 karatlıq, dəyəri 250 min lirə (133272.84 manat) olan briliyant üzüklə evlilik təklif edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00