Bolqarıstanda silah zavodu partladı: ölənlər var
25 Aprel 2016 15:49 DünyaBolqarıstanın Kazanlık şəhərindəki silah zavodunda partlayış baş verib. APA bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, insident zavoda məxsus binalardan birində aparılan təmir işləri zamanı baş verib. Partlayış yanğına səbəb olub, lakin tez bir zamanda yanğını lokallaşdırmaq mümkün olub. "İki işçi ölüb, yaralılar və yeni partlayış təhlükəsi ilə bağlı hər hansı məlumat yoxdur", - deyə nazirlikdən "Reuters"ə bildirilib. Hadisənin baş verdiyi ərazi əhatəyə alınıb. Partlayışın baş vermə səbəbləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00