Smartfonu şarj edən gül dibçəyi yaradıldı VIDEO
25 Aprel 2016 19:53 Dünyaİspaniyalı startapçılar smartfonu hər hansı elektrik "rozetka"sına qoşmağa ehtiyac olmadan şarj edəcək gül dibçəyini təqdim ediblər. İKT.lent.az-ın "gazeta.ru" saytına istinadən verdiyi məlumata görə, "Bioo" adlanan gül dibçəyini "Arkyne Technologies" şirkəti işləyib, hazırlayıb. İxtiraçılar iddia edir ki, elektrik enerjisi fotosintez sayəsində yaranır. Gün ərzində bitki bir neçə cihazı tam doldurmaq imkanına malikdir. Artıq bu dibçəyi çatdırılma nəzərə alınmadan 89 avroya "Indiegogo" saytından sifarişlə əldə etmək mümkündür. Startap istehsal üçün öncədən planlaşdırılan məbləğdən daha çox ianə toplaya bilib. Satışlara 2016-cı ilin dekabrından başlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00