Kənan İmirzalıoğludan nişanlısına - Sürpriz
25 Aprel 2016 19:43 DünyaRol aldığı bütün serial və filmlərdə sevdiyi qadın üçün ölümü belə gözə alan Türkiyənin sevilən aktyoru Kənan İmirzalıoğlu real həyatda da çox romantik biridir. Ən azından nişanlısı Sinəm Kobal üçün tez-tez etdiyi jestlər bunu deməyə əsas verir.
"ATV Xəbər" bildirir ki, aktyor indi də mayın 14-də baş tutacaq toyları üçün sürprizlər hazırlığındadır.Toyda hər şeyin Sinəmin ürəyincə olmasını istəyən Kənan mərasim baş tutan məkanın hər tərəfini nişanlısının sevimli çiçəkləri olan çobanyastığı ilə bəzətdirəcək. Aktyor Sinəm üçün xüsusi olaraq mahnı da oxuyacaq. 2 gün 2 gecə davam edən toy zamanı balıqçıların da pul qazanmasını istəyən Kənan İmirzalıoğlu toya gələn qonaqların daşınması üçün qayıqlar kirayələyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00