“Soyqırım yalanı, İrəvan gerçəyi adlı” konfrans keçiriləcək

Türkiyədə "Soyqırım yalanı, İrəvan gerçəyi adlı" konfrans keçiriləcək. Bu barədə "OLAYLAR"-a məlumat verən İstanbul Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Karakoyunlu bildirib ki, konfransda həm Türkiyə, həm də Azərbaycandan olan millət vəkilləri, ictimai təşkilatların rəhbərləri, eləcə də tarixi araşdırmaçılar iştirak edəcək: "İstanbul şəhərində baş tutacaq konfrans İstanbul Türkiyə Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə baş tutacaq. Konfransda İrəvan Xanı Həsən xanın nəslindən olan Turhan Turqut geniş məruzə ilə çıxış edəcək. O, ermənilərin Cənubi Qafqaza yerləşdirilməsi planı, onlardan türklərə qarşı vasitə kimi istifadə edilməsi, hazırkı vəziyyət və s. barədə danışacaq"..

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00