Qızlar oğlanlardan nədə üstündür
Alimlər təsdiqlədi
25 Aprel 2016 19:38 DünyaABŞ-ın Missuri ştatının alimləri qızların intellekt cəhətdən oğlanlardan üstün olduğunu sübut ediblər. ATV.az bildirir ki, alimlərin araşdırmasına görə, əqlin inkişafı üçün qadınların kişilərə nisbətən daha çox imkanları var. Eksperiment zamanı qız və oğlanların beyinlərinin müxtəlif hissələri fəaliyyətdə olan zaman tədqiq olunub. Araşdırmaların nəticələri göstərib ki, təcrübədə təmsil olunan 70% ölkələrdə qızların qavrama qabiliyyəti daha yüksəkdir. Böyük ehtimalla, bu, beynin fəaliyyətinə cəlb olunan hüceyrələrin sayı ilə bağlıdır. Belə ki, qızlarda bu 7%, oğlanlar da isə 4-5% olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00