“AppleWatch”un 1 illik satış rəqəmi bəlli oldu
25 Aprel 2016 19:35 Dünya2015-ci ilin aprelində satışa çıxarılan "AppleWatch" "ağıllı" saatlarının 1 il ərazində satış həcmi "iPhone" smartfonlarının eyni müddətdəki satış həcmini üstələyib. İKT.lent.az-ın xəbərinə görə, bu barədə "The Wall Street Journal" məlumat yayıb. "Apple" bu haqda rəsmi məlumat açıqlamayıb. Bazarı araşdıran analitiklər isə il ərzində 12 milyon ədədə yaxın "ağıllı" saat satıldığını bildirirlər. Halbuki debüt ilində cəmi 6 milyon ədəd "iPhone" satılmışdı.
Qeyd edək ki, iyunun 1-dən etibarən "App Store"da "Apple Watch" üçün nəzərdə tutulan bütün əlavələr saatların "iPhone" ilə əlaqəsi olmadığı halda da işləyəcək. Bu kriteriyaya cavab verməyə əlavələr "App Store"dan silinəcək. Yenilik xüsusən sağlam həyat tərzi keçirənlər üçün əlverişli olacaq. Onların məşq zalına gedərkən və ya qaçış zamanı özləri ilə smartfon götürməsi narahatlıq yaradırdı.