Əri Beyonsu bu qadınla aldadır?
25 Aprel 2016 19:31 DünyaBeyonsun 23 aprel tarixində yayımladığı vizual albomu - "Lemonade" məşhur müğənninin fanatları tərəfindən həyəcanla qarşılanıb. Qafqazinfo bildirir ki, ancaq "Lemonade"in ümumi hekayəsində aldadılmış bir qadından bəhs etməsi yeni dedi-qoduların ortaya çıxmasına səbəb olub. İddialara görə, Jay-Z pop ulduzu başqa məşhur sima ilə aldadır. Jay-Z-nin keçmiş iş ortağı Damon Dashın eks-həyat yoldaşı, moda üzrə dizayner Rachel Roy ilə sevgili olduğu deyilir. Beyons "Lemonade" albomuna daxil olan "Sorry" mahnısında Rachek Royun xarici görünüşündən bəhs etdiyi bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00