20 terrorçu öldürüldü
25 Aprel 2016 13:41 DünyaƏfqanıstan ordusu "Taliban" radikal hərəkatının yaraqlılarının ölkənin qərbindəki Fərah vilayətində yerləşən hərbi bazaya hücumunu dəf edib. Report bildirir ki, qarşıdurma zamanı 20 yaraqlı öldürülüb. Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, hücumun qarşısı Əfqanıstan Hərbi Hava Qüvvələrinin dəstəyi ilə alınıb. Eyni zamanda, qarşıdurma zamanı ən azı 16 yaraqlının yaralandığı bildirilib. Əfqanıstan hərbçiləri arasında itkilər haqqında məlumat verilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00