Erməni generaldan etiraf: "Arsenalımızda "İsgəndər" raketləri var"
25 Aprel 2016 13:38 DünyaErmənistan mühəndis qoşunlarının rəisi, general-mayor İşxan Matevosyan uzun müddət gizli saxlanılsa da, "İsgəndər" raketlərinin ölkə ərazisində olduğunu etiraf edib. Modern.az bildirir ki, bu barədə general Kentron telenalındakı "Güzgü qabağında" verilişində deyib. Erməni hərbi eksperti Qevorq Arakelyan isə xəbəri təsdiqləyərək bununla bağlı fikirlərini bölüşüb. "Aprelin 17-də televiziyaya müsahibə verən Ermənistan ordusunun mühəndis qoşunlarının rəisi, general-mayor İşxan Matevosyan ilk dəfə rəsmi şəkildə etiraf etdi ki, Ermənistan ordusunun arsenalında "İsgəndər" raketləri var. O, həmçinin bunun düşmən (red-Azərbacyan) tərəfi üçün də sirr olmadığını deyib. Nəhayət ki, bunu deyə bildim".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00