Avstriya Macarıstanla sərhəddə müvəqqəti nəzarət tətbiq edir
25 Aprel 2016 13:37 DünyaAvstriya polisi Macarıstanla Nikkelsdorf sərhəddində nəqliyyat vasitələrini yoxlamağa başlayıb. Bu barədə Trend Avstriyanın APA agentliyinə istinadən xəbər verir. Hüquq-mühafizə orqanları Budapeştlə Vyananı birləşdirən A4 avtobanı ilə daxil olan bütün nəqliyyat axınını "filtr" edir. Avstriya sərhədi istiqamətində hərəkət avtobanda yalnız bir yol zolağı ilə aparılır, yük maşınları isə yoxlama məntəqələrindən keçirilir. Yoxlamalara görə, yolda tıxaclar yaranır. Avstriya polisinin məlumatına əsasən, bu tərbirlər müvəqqəti xarakter daşıyır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00