Saakaşvili Gürcüstana qayıdacağı barədə söz verdi
25 Aprel 2016 13:19 DünyaGürcüstanın sabiq prezidenti, hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvili parlament seçkilərindən sonra vətənə qayıdacağı barədə vəd verib. Mixail Saakaşvili "Rustavi 2"yə verdiyi müsahibəsində bildirib ki, onun yaratdığı "Vahid milli hərəkat" partiyası bu ilin oktyabr ayında keçiriləcək seçkilərdə qalib gələcək: "Hazırda Gürcüstanın siyasi həyatında yalnız iki lider mövcuddur - mən və sabiq baş nazir Bidzina İvanişvili. Bu seçkiləri keçirmək və qalib gəlmək lazımdır. Hazırkı mərhələdə üçüncü variant yoxdur. Bu da mənim üzərimə xüsusi məsuliyyət qoyur".
Qeyd edək ki, Mixail Saakaşvili Gürcüstan hakimiyyəti tərəfindən axtarışa verilib, barəsində cinayət işi açılıb.(azvision.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00