Ermənistan əsgərlərini xilas etmək üçün Rusiyadan kömək istədi VIDEO

Rusiyadan gəlmiş həkimlər Ermənistanda və Qarabağda yaralı əsgərləri əməliyyat edib. Baku.ws bildirir ki, Rusiyanın erməni Travmatoloq-Ortopedlər Assosiasiyasının həkimləri Ermənistan ordusuna yardım məqsədilə Qarabağa yollanıblar. Assosiasiyasının dörd həkimi Qarabağda gedən döyüşlərdə ağır yaralanan hərbi qulluqçuları əməliyyat edib. Assosiasiyanın üzvü, Moskva Mərkəzi İnstitutunun həkim-cərrahı, Qriqor Karapetyan jurnalistlərə bildirib ki, Xankəndində bir həkim daim qalacaq və onlara informasiya verəcək: "Həkimin məlumatına uyğun olaraq bura əlavə həkim briqadaları da gələcəklər. Biz əsgərlərin əməliyyatı və müalicəsi üçün xəstəxanalara dəstək verəcəyik. Bu dəfə çox mürəkkəb çətin əməliyyatlar etdik, - deyə Karapetyan əlavə edib. Son məlumata görə, daha iki həkim may ayında Ermənistana gələcək və Qarabağa yola düşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00