Şimali Koreyadan növbəti təhlükə
25 Aprel 2016 13:04 DünyaŞimali Koreya növbəti dəfə uzaqmənzilli ballistik raketlərin sınağını həyata keçirib. Özü də bu dəfə raketlər qurudan yox, dənizin altından - sualtı qayıqlardan atılıb. Atv.az bildirir ki, bu barədə məlumatı Cənubi Koreyanın Müdafiə Nazirliyi yayıb. Xəbərdə bildirilir ki, Şimali Koreya rəhbərliyi növbəti dəfə təxribat əməllərinə yol verərək regionda gərginlik yaratmaq məqsədiylə uzaqmənzilli ballistik raketlərin sınaqlarını keçirib. Raketlər şimal-şərqdə yerləşən Sinpo qəsəbəsi yaxınlığından atılıb. Lakin ballistik raketlərin hara düşdüyünü müəyyənləşdirmək mümkün olmayıb. Məlumat üçün bildirək ki, buna qədər Şimali Koreya uzaqmənzilli raketlərin sınaqlarını dəfələrlə həyata keçirib. Amma raketlərin sualtı qayıqlardan atılması ikinci dəfədir baş verir.